2D Motion dizayn - müəllim

  • Code Academy
  • Elanın qoyulma tarixi: 14.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Dərs prosesi başlamazdan əvvəl proqram rəhbəri ilə tədris proqramı haqqında müzakirə aparmaq, proqram ilə tanış olmaq, təkmilləşdirmə üzrə təkliflər vermək;
  • Tələbə layihələrini təyin etmək və məzun olma proseslərində proqram rəhbəri ilə birgə qərar verən tərəf kimi çıxış etmək;
  • Tələbələrin mentor tərəfindən “Aktivlik cədvəli”nə əsasən qiymətləndirildiyindən əmin olmaq;
  • Tədris proqramın yekununda fərdi və ya qrup tapşırıqlarını son icra tarixi ilə təyin etmək, layihənin yekununda tələbənin proqramı bitirmə dərəcəsini təqdim etmək və əsaslandırmaqla təsdiq etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə təhsil;
  • Sahə üzrə (motion) iş təcrübəsi;
  • 2D Motion sahəsində yüksək səviyyədə bilikli olmaq (keyframe, sürət və dəyər qrafiki, animasiyanın 12 prinsipini bilmək, rəngləmə,dizayn, kompozisiya, storyboard, video editləmə və digər);
  • Motion alətlərində yüksək səviyyədə işləmək qabiliyyəti;
  • Yaxşı səviyyədə Qrafik dizayn, After Effects, Adobe Illustrator, Adobe Photoshop, Adobe Premiere bacarıqları.

Şəxsi keyfiyyətlər:

  • İdarəetmə bacarığının olması;
  • Ünsiyyət və kommunikasiya bacarığının olması;
  • Azərbaycan dilində yazılı və şifahi dil bacarıqları əla səviyyədə, ingilis dilini bilməsi üstünlükdür;
  • Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi;
  • Dərs proqramı hazırlamaq və dərs keçmək təcrübəsinin olması arzuolunandır.