Digital Memarlıq və 3D - Müəllim

  • Code Academy
  • Elanın qoyulma tarixi: 12.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Proqram rəhbəri ilə tədris proqramı haqqında müzakirə aparmaq, proqram ilə tanış olmaq, təkmilləşdirmə üzrə təkliflər vermək;
  • Tələbə layihələrini təyin etmək və məzun olma proseslərində proqram rəhbəri ilə birgə qərar verən tərəf kimi çıxış etmək;
  • Tələbələrin mentor tərəfindən “Aktivlik cədvəli”nə əsasən qiymətləndirildiyindən əmin olmaq;
  • Tələbələrin tapşırıqlarına vaxtında və düzgün rəy bildirmək;
  • Tədris proqramın yekununda fərdi və ya qrup tapşırıqlarını son icra tarixi ilə təyin etmək, layihənin yekununda tələbənin proqramı bitirmə dərəcəsini təqdim etmək və əsaslandırmaqla təsdiq etmək.

Tələblər:

  • Sahə üzrə müvafiq ali təhsil;
  • Sahə üzrə (memarlıq) iş təcrübəsi;
  • Modelləmə və modelləmə topologiyası sahəsində yüksək səviyyədə bilikli olmaq;
  • Autocad və 3Ds Max, memarlıq sahəsi üzrə yüksək səviyyədə işləmək qabiliyyəti;
  • Yüksək səviyyədə Photoshop, Corona, V-ray və revit bacarıqları

Şəxsi keyfiyyətlər:

  • İdarəetmə bacarığının olması;
  • Ünsiyyət və kommunikasiya bacarığının olması;
  • Azərbaycan dilində yazılı və şifahi dil bacarıqları əla səviyyədə, ingilis dilini bilməsi üstünlükdür;
  • Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi;
  • Dərs proqramı hazırlamaq və dərs keçmək təcrübəsinin olması arzuolunandır.