Kreditlərin Təhlili və Monitorinqi Departamentinə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis

İşin təsviri

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• 1 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
• Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
• Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
• CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3 (Financial Accounting (FA)), CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
• Kompüter bilikləri (MS Office (xüsusi ilə Excel)).
• Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;

Əsas vəzifələr:

- Korporativ müştərilər üzrə geniş təhlil və maliyyə monitorinq hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının) hazırlanması.
- Portfel üzrə müştərilərin müyyən edilmiş kriteriyalar üzrə aylıq, rüblük, yarımillik hesabatların hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 10-na qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi