Daxili Audit Departamentinə IT Audit mütəxəssis/aparıcı mütəxəssis

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Sahə üzrə  ən azı 3 illik iş təcrübəsi;
  • IT Mühəndislik üzrə təhsil, Ali (o halda IT üzrə sertifikat) ;
  • IT sahəsi (IT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi;
  • IT Audit və risklərin idarə olunması üzrə biliklər;
  • Daxili və Beynəlxalq IT standartları üzrə biliklər.

Əsas vəzifələr:

  • Avtomatlaşdırılmış bank sisteminə yenilənmələrin yüklənməsi və sazlamaların edilməsi;
  • IT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq olaraq icrası;
  • IT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;
  • IT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi;
  • Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması;
  • Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi;
  • Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi;
  • Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “IT Audit” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi