İnformasiya sistemlərinin təminatı şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 21.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

- İnformasiya texnologiyaları siyasətinin həyata keçirilməsini təmin etmək;
- İnformasiya texnologiyası infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işləri görmək;
- Yeni informasiya texnologiyalarının və proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək və şirkətin iş fəaliyyətində onların tətbiq edilməsini təklif etmək;
- Şirkət əməkdaşlarının kompüter avadanlıqlarının, elektron poçt-kommunikasiya vasitələrinin və korporativ şəbəkənin işinin müntəzəmliyini və keyfiyyətliliyini təmin etmək;
- Şirkətin bütün struktur bölmələrinin əməkdaşlarının kompüter avadanlıqlarında və proqram təminatında meydana çıxan istənilən nasazlıqların aradan qaldırılması üçün texniki yardım göstərmək və qüsurların qarşısını almaq məqsədilə təcili tədbirlər görmək;
- Cisco avadanlıqlarının tənzimləmə və konfiqurasiya bacarığı (Wireless LAN Controller, Access Points, Switches and Routers)
- İP telefoniya sisteminin tənzimləmə və konfiqurasiya bacarıqları;
- Şirkətin serverlərini mühafizə etmək, yenidən bərpa etmək, müəyyən olunmuş əməliyyatların aparılması (Exchange mail Server, Active Directory, File-Server–ə nəzarət, MS 365 SharePointServerlə işləmək və s.
- Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işini təşkil etmək;
- Zəruri avadanlıqların və müxtəlif proqram məhsullarının istifadəsi və istismarı üzrə müntəzəm şəkildə treninqlər təşkil etmək və həyata keçirmək;
- Daimi istifadəçilərin texniki problemlərini nəzarət etmək və aradan qaldırmaq;
- İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra etmək;
- İllik lisenziyalar və lazimi yeni lisenziyaların alınması işinin təşkil etmək;
- Yeni əməkdaşlar üçün kompyuter və avadanlıqların quraşdırılmasını, şəbəkədə tanınmasını icra etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: orta;
Üstünlüklər: Şəbəkə (CCNA, CCNP), VoIP (3CX), Microsoft 365 və Powershell üzrə biliklər, sertifikatlar
Texniki biliklər: Windows Server, ADDS, DNS, DHCP, NPS, Hyper-V, VLAN, OSPF/EIGRP, MPLS/VPN üzrə biliklər.
Kompüter bilikləri:Microsoft Office - əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi