Marketinq mütəxəssisi

İşin təsviri

İş barədə məlumat:

- İllik marketinq planının hazırlanması və ona uyğun işlərin qurulması;
- Mövcud və gələcək məhsullar üzrə bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmini;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul və xidmətlərin reklamının təşkil edilməsi;
- Şirkətin mövcud marketinq kampaniyalarının daim nəzarətdə saxlanılması və gedişi ilə əlaqədar hesabatların təqdim edilməsi;
- Şirkətə aid saytların idarə olunması;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Sosial şəbəkələrdə və web səhifəmizdə carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsi və səhifələrin idarəolunması;
- PR və reklam mətnlərinin hazırlanması;

Namizədə olan tələblər:

- Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsinə malik olmaq;
- SMM, PR və Reklam sahələrində təcrübəyə malik olmaq;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- Müxtəlif funksiyalı komanda ilə işləmək bacarığı;
- Satış sektoru ilə əlaqəli marketinq və satış təcrübəsi arzuolunandır;
- Ünsiyyət və münasibət qurmaq, yüksək danışıq qabiliyyəti, inandırma bacarığı olmalı;
- Təqdimat bacarığının olması;
- Dinamiklik, liderlik qabiliyyəti, analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Yaradıcı və yenilikçi düşünmək bacarığı;
- Əməkdaşlıq etmə qabiliyyəti və vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti;
- İşində məsuliyyətli olmalı;
- İngilis dilini bilmək;
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Yaş həddi: 25-35 arası;
- İş qrafiki: həftədə 5 gün 09:30-18:00, şənbə günu 10:00-14:00
- Əmək haqqı: 700-900 AZN

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.