Satış meneceri (Tibbi avdanlıqlar və sərf materialları)

İşin təsviri

İş barədə məlumat:

• B2B kanalında yeni biznes imkanlarının inkişafında iştirak edilməsi;
• Bazar araşdırılmasının aparılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi;
• Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Gündəlik tibbi müəssisələr və digər potensial müştərilərin ziyarət edilməsi, yeni müştərilərin cəlb edilməsi;
• Korporativ satış və müştəri bazasının idarə edilməsi və mövcud kooperativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi;
• Müştərinin satış potensialının artırılması yönündə işlərin görülməsi, zəruri təbliğat və maarifləndirmə kampaniyalarını təşkil etmək üçün Satış meneceri ilə sıx əməkdaşlığın edilməsi;
• Tibbi avadanlıqların tanıtıdılması, təlabat yaradılması, satışının təşkili və izlənilməsi;
• Sifarişlərin alınması və satış prosesinin izlənilməsi;
• Əməliyyatların səmərəli formada həyata keçirilməsi, məhsulun mövcudluğu, saxlanılması, nəql edilməsi və satışdan sonrakı xidmət barədə anbar əməkdaşları ilə sıx əməkdaşlıq edilməsi;
• Şirkətin satış strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və gündəlik, həftəlik, aylıq və illk hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Namizədə olan tələblər:

• Ali tibbi təhsil;
• Kompüter bilikləri (MS Office)
• Satış və təqdimat üzrə bacarıqlar;
• Müştəri əlaqələrinin idarəedilməsi və kollektivlə işləmə bacarığı;
• Bazar araşdırması və analiz etmə bacarığı;
• Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
• Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;
• Şəxsi avtomobilin olması üstünlükdür.
• Yaş həddi: 25-38 arası;
• İş qrafiki: həftədə 5 gün 09:30-18:00, şənbə günu 10:00-14:00
• Nahar şirkət tərəfindən qarşılanır;
• Əmək haqqı: Sabit əmək haqqı + bonus

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.