İnformasiya texnologiyaları üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

- İnternet trafikinin analizini təmin edir;
- Telefon şəbəkəsinin istifadəsi barədə sənədlərin hazırlanmasında iştirak edir;
- Telefon şəbəkəsi ilə bağlı texniki problemlərin həllində iştirak edir;
- Təşkilatın lokal şəbkəsinin təşkilində iştirak edir;
- Şəbəkə avadanlığının yeniləşməsinin planlaşdırılması məqsədilə kompyuter texnologiyaları sahəsində yenilikləri izləyir;
- İnformasiya və avadanlıq sistemlərinin istismarı və istifadəsi üzrə metodik və normativ materialların və təlimatların işlənib hazırlanmasında iştirak edir;
- İnternet şəbəkənin yaradılması və təminatı üzrə işləri yerinə yetirir;
- İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli;
- İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həll;
- Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
- Mərkəzin şəbəkə sisteminin qurulması, mütəmadi nəzarətdə saxlanılması;
- Nəzarət müşahidə kameralarının fasiləsiz işləməsinin təmin olunması;
- Mərkəzin veb saytının yaradılmasında, dizayn tərtibatında, saytda yerləşdiriləcək məlumatların dəqiqləşdirilməsində, lazımi informasiyanın təmin edilməsində iştirak etmək və saytın daim yenilənməsinə və işlək vəziyyətdə olmasına nəzarət etmək;
- Mərkəzin sosial şəbəkələrdəki səhifələrini idarə etmək, müxtəlif məlumat portallarında Mərkəz haqqında informasiya yerləşdirmək və nəzarətdə saxlamaq;
- Mərkəzə dair muxtəlif tədbirlər (konfrans, iclas, görüş, seminar, mətbuat konfransı və s.) təşkil etmək.

Bilməlidir:

- İstismarda olan texniki avadanlıqların ümumi iş prinsipini;
- Şəbəkənin ümumi xüsusiyyətlərini, müvafiq təlimatları, şəbəkənin ümumi strukturunu və işləmə prinsipini,
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

- İnformasiya texnologiyaları üzrə ali təhsilin olması;
- Müvafiq sahədə ən azı 3 il əmək stajının olması;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Qrafik dizayn proqramlarının əsaslarını bilməlidir;
- Əməliyyat sistemləri ilə bağlı işləri yüksək səviyyədə bilməlidir;
- Proqram təminatı ilə bağlı işləri (Software) yüksək səviyyədə bilməlidir;
- İT avadanlıqları ilə yüksək iş bacarıqları (Hardware) olmalıdır;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 000 (Bir min) manat

Maraqlı olanlar CV-ni “İnformasiya texnologiyaları üzrə mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərə bilər.