Call Center Menecer

İşin təsviri

Tələblər:

- Qeyd edilən sahədə iş təcrübəsi minimum 2 il
- Ali təhsil
- Azərbaycan dili(sərbəst), Rus dili (sərbəstı)
- Əla ünsiyyət bacarıqları;
- Mürəkkəb məsələləri həll etmək bacarığı;
- Müstəqil işləmək bacarığı;
- Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meylli.

Öhdəliklər:

- İşində məsuliyyətli, ciddi, danışıq diksiyası normal olmalı;
- Tabeçiliyində olan işçilərə təlimatların verilməsi/təlimatlandırma bacarığı;
- Tabeçiliyində olan işçilərin işinə nəzarət etmək bacarığı;
- Trendlərin müəyyənləşdirilməsində və çağrı mərkəzi hədəflərinin müəyyənləşdirilməsində digər idarəetmə qrup üzvləri ilə əməkdaşlıq;
- Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi;
- Call-Center heyyətinin nizam-intizam və daxili prosedur qaydalarına müvafiq olmaqla fəaliyyət göstərməsini təmin etmək;
- Proqram təminatının iş proseslərinə uyğun olaraq qurulmasında və tənzimlənməsində təklif və hesabatlar hazırlamaq;
- Prosesləri yaxşılaşdırmaq, resursların düzgün bölüşdürülməsini təmin etmək və müştəri məmnuniyyətini maksimum dərəcədə artırmaq üçün hesabatların hazırlanması;
- Kadrlar səviyyəsinin inkişafı üzrə kadrlar şöbəsi ilə əməkdaşlıq;

İş Şərtləri

• Ə/H namizədin təcrübəsinə əsasən danışılacaq.
• 6 günlük iş həftəsi .
• İş yeri şəhərin mərkəzində yerləşir.
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Call Center Menecer” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi