Ümumi vəzifə öhdəlikləri:
• Problemli kreditlər portfeli ilə məhkəməyəqədər, məkəmə və icra mərhələlərində iş və gecikdirilmiş borclar üzrə yığımın təşkili;
• Öhdəliklərini yerinə yetirməyən müştərilərlə, onların zaminləri və ailə üzvləri ilə mütəmadi danışıqlar aparmaq, zəruri olduqda onları banka görüşə dəvət etmək və ya regionlarda departamentin əlaqəli şəxsləri ilə görüşlərini təşkil etmək;
• Müştərilərlə bütün zəng və yazışmaların yazılması və arxivləşdirilməsini təmin etmək;
• İşlərin hüquqi statusu (məhkəməyəqədər, məhkəmə, icra) və gecikmə günlərinin sayından asılı olaraq Məhkəməyəqədər iş və məhkəmə qərarlarının icrasını aidiyyatı struktura təhvil vermək;
• İcraatında olan işlərlə bağlı bütün yazışmaların müvafiq qeydiyyatını aparmaqla surətini işə əlavə etmək və görülmüş işlər barədə bank proqramında müvafiq qeydlər aparmaq;
• Borcların yığılmasının nəticələri, onların cari statusu, borclu müştərilər barədə və tələb olunan digər məlumatlara dair hesabatlar tərtib edərək rəhbərinə təqdim etmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus və ya İngilis dilləri arzuolunandır;
• Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 fevral 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Çağrı mərkəzinə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.