İT menecer

  • GM Construction
  • Elanın qoyulma tarixi: 11.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

- İT avadanlıqlarının quraşdırılması ;
- Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işlətmək;
- Serverin idarə edilməsi və serverlərdə yaranmış nasazlıqların aradan qaldırılması;
- Şəbəkənin idarə edilməsi və şəbəkələrdə yaranmış nasazlıqların aradan qaldırılması;
- Ümumi sistem və tətbiqi proqram vasitələrinin (əməliyyat sistemləri, ofis proqramları və s.) qurulması və düzgün işləməsinə nəzarət edilməsi;
- İT sistemlərə qulluq edilməsi (CRM, şəbəkə etibarlılığı, proqram təminatının inteqrasiya və s.)
- Aktual məlumatın rezerv surətinin yaradılması, informasiya və analitik hesabatların hazırlanması;
- Ofisdə yerləşən texniki vasitələrin və şəbəkənin düzgün qurulmasının, xidmətə yararlılığının təmin edilməsi;
- Kabellərin test edilməsi və problemin müəyyən edilməsi;
- Sistemlərin baxımı - Təhlükəsizlik və Daxil olma sisteminin idarə edilməsi;
- IP Telekommunikasiyaların İdarə edilməsi;
- İT üzrə büdcənin tərtib edilməsi və idarə edilməsi.

İş şəraiti:

- İş yeri: Bakı ş. Heydər Əliyev pr. 189;
- Vaxtaşırı ölkə ərazisi üzrə ezamiyyə nəzərdə tutulub;
- İş vaxtı: 6 günlük (09:00-18:00), şənbə (09:00 – 15:00);
- Korporativ nömrə;
- Əmək haqqı: iş təcrübəsi və təhsil nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Namizədə qarşı tələblər:

- Yaş: 25 – 50 yaş;
- Analoji vəzifələrdə azı 5 illik iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti, ingilis dili (xüsusən texniki sahədə) arzuolunandır;
- Texniki idarəetmə, informasiya təhlili və kompüter avadanlıqları/proqram təminatı sistemləri üzrə mükəmməl biliklər;
- Kompüter şəbəkələri, şəbəkə administrasiyası, şəbəkələrin quraşdırılması üzrə praktiki təcrübəsinin olması;
- Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meyilli.

Digər tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını [email protected] elektron poçtuna göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.