İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək;
- Memar - dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımı texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin etmək;
- Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak etmək;
- Layihə olunmuş obyektlərdə istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
- Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
- Yerinə yetirilmiş işlər haqqında hesabat tərtib edərək struktur bölmə rəhbərinə təqdim etmək;
- Tamamlama və bəzək işlərində, yerində ölçü alımlarında töhvə vermək.
Tələblər:
- Yaş həddi: 25 – 45;
- Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dili– yaxşı;
- Kompüter bacarıqları: MS Office, AutoCAD.
- Məsuliyyətlilik və punktuallıq;
- Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;
- Komandada işləmək bacarığı.
İş şəraiti və təminat:
- İş yeri: Bakı şəhəri, H.Əliyev pr 189 (Baku City Residence);
- İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü;
- Nahar yeməyi;
- Korporativ nömrə;
- Əmək haqqı: müsahibə əsasında.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.