Təchizatçı

  • GM Construction
  • Elanın qoyulma tarixi: 23.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə üzrə öhdəliklər:

  • Satınalma prossesinin vaxtında, təsdiqlənmiş  prosedurlara uyğun qaydada ən əlverişli şərtlərlə icra edilməsi;
  • Şirkətin istehsalat və tikinti sahələri üçün tələb olunacaq xammal və avadanlıqların alışı, istehsalat ehtiyyatlarının hazırlanması;
  • Müqavilənin icrasına aid olan bütün sənədləşmə işlərinin aparılması;
  • Təchizatçılarla müqavilə şərtlərinin müəyyən olunması və bağlanması, icrasının nəzarətdə saxlanılması;
  • Təchizat sifarişlərinin idarə edilməsi (rotasiya, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Satınalma sorğularının aparılması, yoxlanılması və hesabatların hazırlanması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili, qiymətləndirilməsi;
  • Alınmış malların qeydiyyatının 1C proqramına daxil edilməsi;
  • Minimum anbar stokunun alışlarının icrası və ehtiyat normasının təyin edilmiş miqdarda saxlanılmasının təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə və ya iqtisadiyyat üzrə);
  • Tikinti sahəsində müvafiq vəzifə üzrə iş təcrübəsi üstünlükdür;
  • 1C və MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, 1 əcnəbi dil mükəmməl səviyyədə;
  • Məsuliyyətlilik və punktuallıq;
  • Komandada işləmək bacarığı;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.

İş şəraiti və təminat:

  • İş rejimi: 6 günlük (şənbə qısaldılmış iş günü);
  • Korporativ nömrə ilə təmin olunma;
  • İş yeri: Abşeron rayonu, Məhəmmədi kəndi;
  • Əmək haqqı müsahibə əsasında (800 – 1200 man).

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.