Layihə rəhbəri/sahə rəisi

  • GM Construction
  • Elanın qoyulma tarixi: 28.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə üzrə öhdəliklər:

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
  • Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal - materialların müəyyən edilməsi;
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
  • Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
  • Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;
  • Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
  • Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;
  • Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməs;,
  • Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi. 

Vəzifəyə tələblər:

  • İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
  • Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
  • Punktuallıq və məsuliyyət;
  • İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı;
  • Yüksək idarəetmə bacarığı;
  • Ezamiyyətlərə hazır olmalı;
  • Microsoft Office və Auto Cad proqramlarında işləmək bacarığı.

İş şəraiti və təminat:

  • İş rejimi: 6 günlük; 
  • İş yeri: Bakı şəhəri ərazisi; 
  • Korporativ nömrə ilə təmin olunma,
  • Əmək haqqı: müsahibə əsasında.

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. 

Digər namizədlərin CV- ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.