İnsan Resursları departamentinin direktoru

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 11.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şəxsi keyfiyyətlər:

o Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
o Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
o Hesabatın hazırlanması və yazışma bacarığı;
o Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
o Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
o Ünsiyyət qurabilmə qabiliyyəti;
o Etikalı olmaq;

Peşəkar tələblər:

o Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını bilməsi;
o İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması;
o Iki illik yüksək rütbəli vəzifədə qazanılmış təcrübə də daxil olmaqla, bu sahədə bütövlükdə minimum dörd illik təcrübəyə malik olması;
o Departament işlərini planlaşdırma bacarığına malik olması;

Vəzifə öhdəlikləri:

• İnsan Resursları Departamentinin işinin təşkili və idarə edilməsi planlarını və siyasətini inkişaf etdirir;
• Strateji planın hazırlanması və icrası;
• Təşilatın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün kadr tələblərinin müəyyən edilməsi;
• İnsan Resurslarının idarə edilməsilə əlaqəli daxili prosedurların hazırlanması və icrasına nəzarət;
• İR planının hazırlanması və məqsədlərin həyata keçirilməsi üçün İRK-nin yaradılması;
• Təşkilatın tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçiləri cəlb etmək;
• Baza əmək haqqı sisteminin yaradılması;
• İşə götürmə qaydalarının yaradılması, ( işə qəbul CV-lərinin toplanılmasına nəzarət, testlərin hazırlanması, müsahibənin təşkili işə qəbul zamanı əmək kitabçalarının açılmasına və əmək müqaviləsinin bağlanmasına nəzarət);
• İş təhlilinin aparılması və vəzifə təlimatlarının hazırlanması;
• Vəzifələr üzrə əsas iş funksiyalarının müəyyən edilməsi və sənədləşdirilməsi;
• Təşkilatın tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;
• Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının qiymətləndirilməsi və işə götürmə agentlikləri ilə əlaqələrin yaradılması;
• Bankı potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək strategiyanın hazırlanması və icrası;
• Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya tətbiq edilməsi;
• Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş zamanı çıxan problemlərinin həllinə kömək göstərmək;
• Yüksək göstəriciləri olan işçilərin bankda qalmasını nizamlayan, bankın məqsədlərinə nail olmasını dəstəkləyən və yüksək effektivliyi təmin edən müavinat və mükafatlar sistemini yaratmaq;
• Müvafiq dərəcə və yüksəlmə strukturuna əsasən işçilərin mükafatlandırılması üçün bank üzrə mükafatlandırma proqramlarının yaradılması və həyata keçirilməsi;
• Maliyyə və qeyri-maliyyə meyarlar əsasında həvəsləndirici mükafatlandırma proqramlarının tərtib edilməsi və həyata keçirilməsi;
• Departament nəzdində fəaliyyət göstərən şöbələrin işinə birbaşa nəzarət etmək və cavabdehlik daşımaq;
• İş yerində stimullaşdırma yaratmaq məqsədilə işçilər üçün həvəsləndirici mükafatların müəyyən edilməsi;
• İşdən azad etmə və vəzifə dəyişmənin işçilərə olan neqativ təsirini nəzərə alaraq onun peşəkar, ədalətli və işçiyə və kollektivə mümkün qədər az təsir göstərən idarə olunması ƏM çərçivəsində təmin edilməlidir;
• İR idarə edilməsi ilə əlaqədar informasiyanın effektiv və dəqiq təmin və emal edilməsinə, başqa biznes sistemləri və prosesləri ilə bütövlük təşkil etməsinə nail olma;
• İşçilər üçün Təlimat Kitabçası, Etik davranış Məcəlləsi yazıb həyata keçirir;

CV-ləri İnsan Resursları departamentinin direktoru mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.