Çağrı Mərkəzi koordinatoru

  • By Telecom
  • Elanın qoyulma tarixi: 27.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali təhsilli;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• Kompüter proqramlarından istifadə bacarığı;
• Kollektivdə işləmək bacarığı;
• İdarəetmə bacarığı;
• Stressədavamlılıq, səbr və operativlik;
• Müştərilərlə ünsiyyət təcrübəsi olmalıdır.

Vəzifələr:

• Əməkdaşların təliminin təşkili;
• Yeni əməkdaşlara işin əsaslarının izahı;
• Operatorların iş keyfiyyətinə nəzarət;
• Çağrı Mərkəzi ilə əlaqəli olan bütün şöbələr ilə qarşılıqlı əlaqənin yaradılması;
• Çağrı Mərkəzi əməkdaşlarının iş prosesinin planlaşdırılması və ona nəzarət;
• Müştərilər tərəfindən Çağrı Mərkəzinə daxil olan təkliflərin emalı və aidiyyatı üzrə yönləndirilməsi;
• Daim yenilənən kampaniyalar haqda məlumatlı olub, onu əməkdaşlara düzgün şəkildə təqdim etmək.

İş şəraiti:

• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
• İş qrafiki: I-VI günlər saat 10:00 – 19:00 dək bazar- istirahət günüdür

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Çağrı Mərkəzi koordinatoru” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.