Marketing Manager

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Şirkətin kommersiya hədəflərinə nail olmaq üçün illik və rüblük marketinq strategiyasını və büdcəsini hazırlamaq.
  • Brendin inkişaf strategiyasını yaratmaq və brendin bütün kanallarda vahid şəkildə təqdim olunmasını təmin etmək.
  • Yeni məhsulların buraxılışı və mövsümi endirimlər daxil olmaqla, həm ənənəvi (mağaza materialları, radio/TV), həm də rəqəmsal marketinq kampaniyalarını (PPC, E-mail, Display) planlaşdırmaq və idarə etmək.
  • Effektiv Sosial Media İdarəetməsi strategiyasını qurmaq və məzmunun hazırlanmasına nəzarət etmək.
  •  PR fəaliyyətlərini idarə etmək.
  • Əsas hədəf olaraq satış müraciətlərinin artırılmasına və telesales/satış komandası üçün yüksək keyfiyyətli leadlərin yaradılmasına fokuslanmaq.
  • Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək marketinq fəaliyyətlərinin birbaşa satış nəticələrinə təsirini təmin etmək.
  • Marketinq fəaliyyətinin Satış/Telesales komandasına dəstəyini optimallaşdırmaq.
  • Marketinq komandasının fəaliyyətini idarə etmək və inkişaf etdirmək.
  • Bütün kampaniyaların nəticələrini izləmək, analiz etmək və KPI-lara əsaslanaraq hesabat vermək.  

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil 
  • Təcrübə: Marketinq sahəsində minimum 3 il iş təcrübəsi (Elektronika pərakəndə satışı sahəsi arzuolunandır).
  • Güclü kommersiya təcrübəsi və marketinqin birbaşa satışa təsirini başa düşmək bacarığı.
  • KPI-lar, ROİ və büdcə idarəetməsi ilə işləmə təcrübəsi.
  • Kampaniya və kompleks marketinq layihələrinin sıfırdan idarə edilməsi.
  • Dil Bilikləri: Azərbaycan dili. Rus və ya İngilis dili bilikləri əlavə üstünlükdür.
  • Təşəbbüskarlıq: Yeni ideyalar irəli sürməkdən və onları həyata keçirməkdən çəkinməyən aktiv yanaşma.
  • Yaradıcılıq: Standart olmayan həllər və cəlbedici kampaniyalar yaratmaq bacarığı.
  • Analitik Düşüncə: Data əsasında qərar qəbul etmə bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam ştat
  • Əmək haqqı: 1500 - 2000 AZN

Müraciət qaydası:

CV və portfolionuzu Müraciət Et düyməsində göstərilən email-ə göndərə bilərsiz. E-mailin mövzu hissəsində “Marketing Manager” yazılması mütləqdir.