İnzibati işlər üzrə menecer

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 22.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: İnzibati işlər üzrə menecer

Location: Dərs Evi Elmler / Nərimanov filialları
İş qrafiki: Həftədə 40 saat, Bazar ertəsi – Cümə günü, 09:00-18:00
Rəsmləşdirilmə: Əmək müqaviləsi

Əmək haqqı: Namizədin təcrübə və biliklərinə, müsahibə nəticələrinə əsasən təyin edilir

Tələblər:

- İnzibati sahə üzrə 3-4 illik iş təcrübəsi
- Ofis idarəetmə prosedurları barədə biliklər;
- Problem həll etmə bacarığına malik analitik düşüncə;
- Yüksək səviyyədə təşkilati bacarıqlar;
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
- Liderlik və komandanı idarə etmək qabiliyyəti;
- Rus və Azərbaycan dillərində səlis danışıq.

Öhdəliklər:

- İnzibati siyasətlərin tələb olunan qaydada tətbiq edilməsi;
- İnzibati işlər üzrə heyətin işinin qiymətləndirilməsi və onların təlimlə təmin edilməsi və idarə edilməsi;
- Dərs materiallarının çap prosesinə nəzarət;
- Qeydiyyat və qəbul xidmətlərinin, dəstəkləyici funksiyaların (təsərrüfat təminatı, təmir işləri, avadanlıqların və digər ləvazimatların inventarlaşdırılması və texniki cəhətdən dəstəklənməsi, poçt rabitəsi və s.), gediş-gəlişlərin bronlaşdırılmasının, daxili görüşlərin keçirilməsinin, Front və Back ofis işlərinin idarə edilməsinin təmin edilməsində/dəstəklənməsində inzibati xidmətlərin göstərilməsi üzrə komandanın koordinasiya edilməsi;
- Büdcənin hazırlanmasına yardım məqsədilə xərclərə və məsrəflərə nəzarət edilməsi;
- Ofisdə digər fəaliyyət növlərinin təşkili və onlara nəzarət edilməsi (təmir işləri, tədbirlərin planlaşdırılması və s.);
- Daxili tədbirlərin keçirilməsində təşkilati dəstək.

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun “Mövzu” hissəsində “İnzibati işlər üzrə menecer” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.

Müraciət üçün son tarix: 10.12.2020

İşəgötürənin reytinqi