Elektro qaynaqçı

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 01.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Elektro qaynaqçı

Vəzifə öhdəlikləri:

 Metal komponentləri qaynaq etmək, birləşdirmək;
 İstehsalatda xətalar və qüsurlar zamanı təmir işini aparmaq.
 Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər:

 Müvafiq sahə üzrə 4-5 il iş təcrübəsi;
 Müvafiq sahə üzrə sertifikat arzuolunandır;

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı:900-1000AZN;
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı.
 İşçilərin daşınması üçün 20 Yanvar metrosundan, Sumqayıtdan, Xırdalandan servis xidməti var.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Elektro qaynaqçı” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.