İşin təsviri
MİRAS Military Industrial Company olaraq peşəkar komandamızı gücləndirmək məqsədilə yüksək texniki bilik və təcrübəyə malik Elektronika üzrə Mühəndis axtarırıq. Əgər siz mürəkkəb elektronik sistemlərin qurulması, sazlanması və təmiri sahəsində peşəkarsınızsa, strateji layihələrimizdə iştirak etməyə dəvət edirik.
Əsas vəzifə öhdəlikləri:
- Elektronik hissə, modul, blok və prosessorların diaqnostikası və təmiri
- Elektronik avadanlıqların installyasiyası, quraşdırılması və sazlanması
- Elektrik, rabitə və yüksək tezlikli kabel xətlərinin quraşdırılması və əlaqələndirilməsi
- İdarəetmə sistemləri, sensorlar və modullar üzrə texniki işlərin icrası
- Nasazlıqların səbəblərinin təhlili və aradan qaldırılması
- Texniki çertyojlar, konstruktor sənədləri, elektrik və funksional sxemlər əsasında işləmək
- Müasir ölçü cihazları ilə avadanlıqların test edilməsi, kalibrlənməsi və texniki parametrlərin yoxlanması
- Elektron sistemlərin fasiləsiz işini təmin etmək üçün profilaktik xidmətlərin həyata keçirilməsi
- Elektron nəzarət məlumatlarının çıxarılması, emalı və əsaslandırılmış şərhi
- Radiotexniki və radioelektron vasitələrin iş prinsipi və qovşaq-hissələrinin təyinatı üzrə texniki işlərin icrası
- Müdafiə təyinatlı mexanizmlərlə işləmək və sistem mühəndisliyinə uyğunlaşdırma üzrə işlərin görülməsi
- Yeni texniki həllərin tətbiqi və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
- Rəhbərliyə texniki hesabatların təqdim edilməsi və audit proseslərində məlumat dəstəyi göstərilməsi
Tələblər (Səriştə və kvalifikasiya):
Təhsil:
- Elektronika, elektrotexnika, avtomatika, sistem mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Mülki və/və ya hərbi təhsil üstünlükdür
Təcrübə:
- Elektronik modulların, prosessorların və idarəetmə bloklarının təmiri və installyasiyası üzrə minimum 3 il iş təcrübəsi
- Müdafiə sənayesi, sənaye avadanlıqları və yüksək texnoloji sistemlər sahəsində təcrübə üstünlükdür
Bilik və bacarıqlar:
- Elektron komponentlərin quruluşu, iş prinsipi və nasazlıq növləri üzrə dərin texniki biliklər
- Çoxqatlı plataların fiziki xüsusiyyətləri haqqında bilik
- Diaqnostika avadanlıqları ilə işləmək bacarığı
- Modulların və idarəetmə bloklarının texniki parametrlərə uyğun sazlanması
- Kompleks elektron sistemlərin inteqrasiyası və sistem mühəndisliyi bilikləri
- Texniki sənədlərlə sərbəst işləmək
- Elektrik, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
Dil bilikləri:
- Azərbaycan dili – səlis
- Rus dili – texniki səviyyədə (üstünlükdür)
- İngilis dili – texniki səviyyədə (üstünlükdür)
Şəxsi keyfiyyətlər:
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Diqqətlilik və detallara həssas yanaşma
- Komandada işləmək və koordinasiya bacarığı
- Məsuliyyətli, operativ və intizamlı olmaq
- Yeni texnologiyaları öyrənməyə açıq olmaq
İş yeri və əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: 5 günlük iş həftəsi (tam ştat)
- İş şəraiti: İstehsalat mühiti
- Ezamiyyət: Tələb olunduqda (xarici və daxili)
- Nahar və daşınma: Şirkət tərəfindən təmin edilir
Əmək haqqı və təminatlar:
- Təmiz əmək haqqı: 2000 AZN (namizədin real bilik və bacarığına uyğun olaraq dəyişə bilər)
- Peşəkar inkişaf və təlim imkanları
- Korporativ idarəetmə və şəffaf mühit
- Stabil və dinamik iş mühiti
CV-lərinizi mövzu hissəsində “Elektronika üzrə Mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.