Elektronçu

İşin təsviri

Namizədə dair tələblər:

  • Elektron sxemlərin oxunması və analiz edilməsi;
  • Multimetr, osiloskop, lehimləmə avadanlıqları və digər ölçü cihazlarından istifadə;
  • Şəbəkə qurğuları, müşahidə sistemləri və enerji paylama xətləri haqqında bilik;
  • Kompüter MS Office (Excel,Word) proqramları və proqram təminatı üzərində işləmək bacarığı;
  • Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi;
  • Problemləri həll etmə bacarığı və detallara diqqətli olmalı;
  • Məsuliyyətli, diqqətli, komanda ilə işləmək qabiliyyəti;
  • Məxfilik prinsiplərinin qorunması:

İş barədə məlumat: (vəzifə öhdəlikləri)

  • Quraşdırma: Elektron cihazların, kameraların, sensorların və digər avadanlıqların texniki göstəricilərə uyğun montajı;
  • Profilaktika: Avadanlıqların planlı yoxlanışı, təmizlənməsi və sazlanması.
  • Diaqnostika: Elektrik və elektron komponentlərdə yaranan nasazlıqların aşkarlanması üçün ölçü cihazlarından istifadə.
  • Təmir: Nasaz modulların, dövrə lövhələrinin, naqillərin və digər hissələrin dəyişdirilməsi və bərpası.
  • Proqramlaşdırma və Parametrləmə: İntellektual kameralar, nəzarət cihazları və idarəetmə sistemlərinin proqram təminatının yüklənməsi və sazlanması:
  • Sınaq və İstismar: Quraşdırılmış avadanlığın test olunması, texniki parametrlərə uyğun işləməsinin yoxlanılması;
  • Təhlükəsizlik qaydalarına riayət edərək elektrik və elektron avadanlıqları ilə işləmək;
  • İstismar zamanı yaranan nasazlıqları operativ aradan qaldırmaq.

İş Şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 5 günlük iş qrafiki / İş saatı 09:00-dan 18:00-dək:
  • Nahar fasiləsi 13:00-dan-14:00-dək
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək
  • Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir.

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Təlimlərdə iştirak;
  • Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra) 
  • Korporativ nömrə,danışıq limiti

QEYD: Tələblərə cavab verən namizədlər  CV-lərini mövzu yerinə “Elektronçu” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.