İşin təsviri
Tələblər:
- Ali və yaxud orta təhsil
- İş təcrübəsi: 1 il
- Xanım namizəd
- Yaş aralığı: 24-35 yaş
- Rus dillində korporativ yazışma səviyyəsi üzrə bacarıq
- Outlook və Ms Office proqramlarında işləmək.
- Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Situasiyaları analiz etmə
Vəzifə öhdəlikləri:
- Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi;
- Yaradıcı agentliyə marka ünsiyyət dilinə uyğun brif verilməsi və prosesin idarə edilməsi;
- Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması;
- Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
- Keçirilmiş marketing kampaniya pressreliz mətnlərinin yazılması;
- Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
İş yerinə dair üstünlüklər
- Korporativ tibbi sığorta
- Performansa dayanıq ekstra ödənişlər
- Şəxsi inkişaf imkanları
İş şərtləri
- iş rejimi - həftədə 5 günlükdür
- iş saatları – 09:00-18:00
- 1 saatlıq nahar fasiləsi
- Əmək haqqı – razılaşma yolu ilə
QEYD: OFİS ABŞERON RAYONU, SARAY QƏSƏBƏSİNDƏ YERLƏŞİR.
Namizədlər e-mailın mövzu hissəsində “Brend menecer köməkçisi” yazmaqla öz CV-nizi qeyd edilmiş e-mail ünvanına göndərə bilərlər.