Maliyyə direktorunun assistenti

  • Company
  • Elanın qoyulma tarixi: 26.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə direktorunun assistenti

Vəzifə öhdəlikləri

• Maliyyə hesabatlarının dəqiqliyini, etibarlılığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqini nəzarətdə saxlamaq;
• Daxili nəzarət sistemlərinin effektivliyini və uyğunluğunu yoxlamaq və qiymətləndirmək;
• Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə nəzarət;
• Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatlar və rəylər hazırlamaq;
• Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılmasını həyata keçirmək;
• Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək. Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək;
• Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq;
• Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək;
• Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
• Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək;
• Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq;
• Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
• Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
• Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək;
• Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
• Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq  risklərinin qiymətləndirilməsini aparmaq.
• Departament büdcəsinin hazırlamasında iştirak;
• Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
• Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
 
Namizədə bağlı tələblər

• Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
• Büdcə planlaması sahəsində biliklərə sahib olmalı;
• Analitik təhlil qabilliyətinə sahib olmalı;
• Komandada işləmək bacarığı;
• Müvafiq sahədə minimum 3  il iş təcrübəsi olmalı;
• Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi üzrə təcrübə olmalı;
• Hesabatın hazırlanması və yazılması bacarığı olmalı;
• Ofis proqramları (Word, Excel, Internet, 1C, Elektra);

İş Şərtləri:

• İş vaxtı: həftədə 6 gün, 09:00-dan 18:00-dək;
• Nahar şirkət tərəfindən verilir;
• İş yerinə gəlib-getmə servislə təmin edilir;
• Əmək haqqı: 1200-1500 AZN.

Maraqlanan namizədlər mövzu yerində “Maliyyə direktorunun assistenti” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.