Call center operator ( xanım )

  • Uniform Express
  • Elanın qoyulma tarixi: 04.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

2015 – ci ildə təsis edilmiş Uniform Express şirkəti müxtəlif sektorların və həmin sektorlara məxsus müxtəlif vəzifələrin işçi paltarlarının istehsalını, təhlükəsizlik avadanlıqlarını sifarişini həyata keçirir. Bu müddət ərzində özəl sektorun bir çox böyük, orta və kiçik şirkətləri ilə əməkdaşlıq etmək imkanı qazanmışıq və bu bizi sevindirir.

Şirkətimiz topdan və pərakəndə ticarətlə məşğuldur. Məhsulların istehsalında yüksək keyfiyyətli xammallardan istifadə olunur. Məhsulların keyfiyyəti şirkətimizin uğurlu fəaliyyəti üçün ən vacib amildir.

Bizim başlıca məqsədimiz müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etmək, onların istəklərini tam qarşılamaq, müştəri məmnunluğunun tam təmin olunmasıdır.

Yüksək keyfiyyətli və həqiqətən faydalı bir məhsul yaratmaq məqsədilə, müştərilərimizlə daim işimizdə məhsullarımızı birbaşa istifadə edən, fikirlərini dinləyən, dizayn dəyişiklikləri və məhsullarını daim təkmilləşdirən insanlar ilə qarşılıqlı əlaqə qururuq . Dizaynerlərimiz moda, dizayn, eləcə də geyim və parça istehsal texnologiyaları dünyasında mütəmadi olaraq tendensiyalara və müasir texnologiyalara diqqət yetirirlər, çünki, uniforma anlayışı digər aspektdən stil, kəsim, parça kimi faktorların görüntüsünü yaradan bir məvhumdur.

Forma öz daşıyıcısnın funksiyasını və təşkilatın mənsubiyyətini simvollaşdırır. Hər hansı təşkilatın, şirkətin, müəssənin geyim formasının mövcudluğu markalaşma və standart bir korporativ imicin formalaşdırılması üçün göstərilən səydir.

Əsas vəzifə və öhdəliklər:

• Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri zənglər)
• Mövcud müştəri bazasını genişləndirmək, yeni müştəriləri şirkətə cəlb etmək ( Müştərilərlə görüş almaq, təkliflər hazırlamaq)
• Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Müştəri məmnuniyyətinin qorunması üçün mükəmməl xidmət göstərmək
• Satış məhsullarının yüksək səviyyədə təqdim olunması;
• İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
• Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti;
• Müştərilərə malı təqdim etmək bacarığı
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.

Yalnız xanım namizədlər müraiət etməlidir*

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Operator" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.