Korparativ satış meneceri

  • Uniform Express
  • Elanın qoyulma tarixi: 05.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimiz haqqında:

Uniform Express” uzun müddətdir ki, istehsal və xidmət sektorunda fəaliyyət göstərən müəssisələrin korporativ imicinin formalaşması, təhlükəsiz iş fəaliyyətinin həyata keçirilmsəi üçün universal geyimlərin istehsalını həyata keçirir. Yüksək peşəkarlığı ilə seçilən dərzilərə, ən müasir texnologiyalara sahib istehsal avadanlıqlarına sahib olan müəssisəmiz beynəlxalq və yerli keyfiyyət standartlarına cavab verən məhsulların yaranmasında iştirak edir.

Məhsul siyahımıza daxil olan tikinti sektoru üçün uniforma və fərdi mühafizə vasitələri, xidmət, servis, tibb və təhsil sekoru üçün geyimlər, həmçinin ofislər üçün dress kod kimi çeşidlərimizdaxildir.

Çox illi istehsal təcrübəsinə malik şirkətimiz İnsan Resursları siyasətinə də xüsusi nəzər yetirir.

Şirkətimizin əməkdaşlarının şəxsi inkişafı, müəssisəmizə uyğunlaşması və rəqabətli bazar mühitində xüsusi dəyər sahib olmaları uğrunda daima çalışır, müxtəlif proqramlar həyata keçiririk.

Aramıza qatılaraq daim proqresə sahib olan şirkətimizin önəmli bir hissəsinə çevrilə bilərsiniz.

Əsas vəzifə və öhdəliklər:

 Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.);
 Mövcud müştəri bazasını genişləndirmək, yeni müştəriləri şirkətə cəlb etmək ( Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq);
 Call Center vasitəsi ilə daxil olan və yaradılan yeni potensial müştəri bazası ilə aktiv görüşlər;
 Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
 Müştəri üçün koordinator rolunu icra etmək; ortaya çıxan problemləri həll etmək
 Müştəri məmnuniyyətinin qorunması üçün mükəmməl xidmət göstərmək;
 Məhsullarımızın yüksək səviyyədə təqdim edilməsi;
 Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar şəxslərə çatdırılması;
 Satışla bağlı təkliflərin müştərilərə göndərilməsi və nəticənin izlənilməsi;
 Alternativ satış kanalları ilə bağlı təkliflər vermək;
 Dövlət və özəl sektordakı tenderlərə nəzarət.

Tələb olunan bilik və bacarıqlar:

 Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti;
 Satış texnikalarına sahib olmaq;
 Yüksək səviyyəli təqdimat bacarıqları;
 Öz üzərində işləmək və daima inkişafa meyilli olmaq;
 Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik;
 Microsoft Office proqramlarında işləmək bacarığı (Power Point, Excel, Word);
 Rus dilini bilmək arzu olunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

 İqtisadiyyat yönümlü ixtisaslar üzrə ali təhsil;
 Korparativ satış istiqamətində 4 illik iş təcrübəsi.

Əmək haqqı və imkanlar:

- İş saatı : Həftədə 5 gün 09:00 – 18:00;
- Əmək haqqı 500 – 800 AZN fix + satışlardan 3% bonus;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Korparativ satış meneceri " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.