Satış meneceri

İşin təsviri

Satış meneceri

Vəzifə öhdəlikləri:

-         Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata
           keçirmək
-         Bazarın təhlilini, korporativ müştəri haqqında informasiyanın toplanılmasını və yeni
          müştərilər ilə əlaqənin qurulmasını təmin etmək.
-         Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə gündəlik qeydlər aparmaq və
           hesabatlar hazırlamaq
-         Müştəri etirazları ilə işləmək və bununla əlaqədar ortaya çıxan problemləri həll etmək
-         İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını təmin etmək
-         Potensial müştəri ola biləcək şirkətlərə ziyarət etmək və ehtiyacları analiz etmək
-         Görüşə hazırlıq və təqdimat materiallarının hazırlanmasını və təqdimatını həyata
          keçirmək
-         Ziyarət nəticələrini izləmək
-         Sifarişlərin icra olunmasını təmin etmək
-         Müştəridən sifarişin qəbul olunması və müvafiq şöbələrə ötürülməsini təmin etmək
-         Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklif göndərmək
-         Təklifləri izləmək və müştəri ilə razılaşma əldə etmək
-         Maliyyə sənədlərini müştəriyə göndərmək
-         Müştəri ödəmələrini izləmək

Namizədə tələblər

Yaş həddi 23-40
Ali texniki təhsil
Xidmət sektoru üzrə 1-3 il iş təcrübəsi
Liderlik qabiliyyəti
Analitik düşünmə və problemi həll etmə qabiliyyəti
Ünsiyyət qurma və inandırma bacarığı
Təqdimat etmə qabiliyyəti
Vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti
MS Office bilikləri
Dil bilikləri: Azərbaycan dili ( Əla), Rus dili ( Əla), İngilis Dili (Əla)

Əlavə məlumat:

İş qrafiki: Həftə içi 5 gün, Şənbə günü – qısaldılmış iş günü
-        Əmək haqqı razılaşma yolu ilə
-        Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km
-        Nəqliyyat şirkət tərəfindən təmin edilir.

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Satış meneceri " sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.