Marketinq üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Yeni və mövcud layihələr üzrə marketinq planını hazırlamaq, işlərini plana uyğun tənzimləmək və həyata keçirtmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyi məlumatlandırmaq.
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul və xidmətlərinin reklamını təşkil etmək;
  • Şirkət bloqunun moderasiyasını apamaq;
  • Digital Marketinq üzrə kampaniyaları təşkil etmək;
  • Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim etmək;
  • Tizer və banner şəbəkələri ilə iş aparmaq;
  • Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparmaq;
  • Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq;
  • İstifadə olunan saytların, sosial şəbəkələrin effektivliyini təhlil etmək;
  • Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.

Namizədə tələblər:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 
  • Rus və ingilis dilini bilənlərə üstünlük verilir;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
  • Marketinqin əsas prinsiplərini yaxşı bilmək; Rəqəmsal marketinq biliklərinə sahib olmaq
  • SMM, PR və Reklam sahələrində təcrübəyə malik olmaq
  • Düzgün yazılı və şifahi ünsiyyət qurmaq 
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
  • Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsinə malik olmaq;
  • 6 günlük iş rejimi.

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Marketinq üzrə mütəxəssis" sözünü qeyd etməklə elektron poçtuna göndərə bilərlər.

Email: [email protected]