Mexanik (Yük avtomobilləri)

  • Aztikintiyol
  • Elanın qoyulma tarixi: 01.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Aztikintiyol MMC 

2006-cı ildə təsis edilən Aztikintiyol MMC hazırda ölkə miqyasında asfalt və çınqıl istehsalı üzrə qabaqcıl şirkətlərdən biri olması ilə qürür duyur. (www.aztikintiyol.az)

500 nəfərdən çox əməkdaşın çalışdığı Aztikintiyol MMC Bakı, Gəncə, Mingəçevir şəhərləri daxil olmaqla Quba, Xaçmaz, Biləsuvar, Lənkəran, Qəbələ, Ağdaş, , Şəmkir, Tərtər, Ağdam bölgələrində istehsal fəiliyyəti göstərir və bir çox fərqli regionlarda yol tikinti layihələrində öz tövhəsini verməkdədir. 

Vakansiya – Mexanik (Yük avtomobilləri)

Əmək funksiyaları:

 Avtomobil, sadə maşın və avtomatların sazlanması və tənzimlənməsi;
 Avadanlıq, alət, qurğu və dəzgahlarının saz vəziyyətdə saxlanması və vaxtı-vaxtında kalibrasiyası;                    
 Bütün qovşaqların sökülməsi və yığılması;
 Hissələrin və detalların yoxlanması və dəqiq düzəldilməsi;
 Sazlanmadan sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;
 Mürəkkəb kinematik sxemli yarımavtomat və avtomatların sazlanması və tənzimlənməsi;
 Avtomobil və avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
 Avtomobillərə baxış, sınaq və profilaktik təmir işlərinin təşkil edilməsi;
 Köhnəlmiş avadanlıqların müəyyən edilməsi və onların təmirinin növbələşdirilməsi;
 Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avtomobillərin sınaqdan keçirilməsi, qurğuların yenidən qurulmasında iştirak;
 Sex və sahələrində yeni avtomobil və avadanlıqların Standartlara uyğun montajı və istismarının təşkil edilməsi;

Bilməlidir:

 Xidmət edilən avtomobillərin quruluşunu və istismarı qaydalarını;
 Avtomobil və avadanlıqların pasportunu və çertyojlarını;
 Avtomobilin sazlanması, onu işlətmək və işin dəqiqliyini yoxlamaq qaydalarını;
 Avtomobil və avadanlığın quruluşunu və konstruksiyasının xüsusiyyətlərini, onu idarə etmək sistemini və xidmət qaydalarını;
 Müəssisədə təmir xidmətinin təşkilini;
 Montaj və təmir metodlarını;
 Xüsusən mürəkkəb maşınların, yarımavtomat və avtomatların quruluşunu, kinematikasını və konstruksiya xüsusiyyətlərini;
 Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını

• Əmək haqqı namizədə uyğun təklif olunacaq
• 5 günlük iş qrafiki
• Nahar şirkət tərəfindən verilir

Komandamıza qoşulmaq istəyən və bu sahədə özünü daha da inkişaf etdirmək istəyən namizədlər cv-lərini  [email protected][email protected] e-mail ünvanlarına göndərə bilərsiniz.