Mexanik (yük maşınları və ya ağır texnika)

  • Aztikintiyol
  • Elanın qoyulma tarixi: 29.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mexanik (yük maşınları və ya ağır texnika)

İş barədə tələblər

- Yük maşınları və ağır texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
- Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq
- Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq
- İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək
- Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək
- Yük maşınlarının avadanlıqları və qurğularını quraşdırmaq, tənzimləmək və yoxlamaq
- İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq
- Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
- İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması
- Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi

Namizəd barədə tələblər

Ümumi tələblər

- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
- Cinsi - Kişi
- Sürücülük vəsiqəsinin olması üstünlükdür
- Yaş həddi 25-45

Bilik və təcrübə

- Dil bilikləri: Azərbaycan dili səlis (İngilis və rus dillərindən birini bilmək üstünlükdür)
- İş təcrübəsi: 3-5 il
- Yük maşınları və ağır texnikanın əsas iş prinsipləri
- Yük maşınları və ağır texnikanın texniki xüsusiyyətləri, imkanları və məhdudiyyətləri
- Mexanikanın və kinematikanın əsas anlayış və qaydaları
- Mexanizmlərin qovşaq və detallarının təsnifatı, onların funksionallıq meyarları və onların işinə təsir edən faktorlarnı sintez və analiz (təhlil) üsulları
- Statik güc çeviriciləri, onların xarakteristikaları və istifadə sahələri
- Sabit və dəyişən cərəyanların elektrik dövrələrinin nəzəriyəsinin əsas anlayış və qaydaları
- Qəzaların növləri və onların yaranma səbəbləri
- Yük maşınlarının və ağır texnikanın əsas konstruktiv elementləri, qurğu və sistemləri
- Yük maşınlarının hərəkətləndiricisinin quruluşu, onun tərkibində elektrik mühərrikinin işə salınma, tormozlanma və tənzimlənmə rejimləri

Bacarıq

- İş saatlarında çeviklik
- Təzyiq altında işləmək
- Sadə mexaniki cizgiləri başa düşmək
- Texniki sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etmək
- Açıq məkanda işləmək
- Yük maşınlarının və ağır texnikanı idarəetmək
- Şifahi və yazılı təlimatları başa düşmək və riayət etmək (digər dillərdə olan təlimatları da başa düşmək)

İş şərtləri

- İş qrafiki - 5 günlük
- Əmək haqqı – 800-1200 AZN (namizədə görə dəyişəcək)
- Nahar və nəqliyyat xidməti şirkət tərəfindən qarşılanır

Maraqlanan namizədlər CV-lərini mövzu yerində “Mexanik” qeyd etməklə [email protected] ünvana göndərə bilərlər: