İstehsalat Rəisi

  • Aztikintiyol
  • Elanın qoyulma tarixi: 14.01.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İstehsalat Rəisi

Vəzifə öhdəlikləri

- İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil edilməsi
- İstehsal müəssisələrinin fəaliyyətinin hazırlanan məhsulun keyfiyyətinin yüksəldilməsinə və müştərilərə xidmət mədəniyyətinin artırılmasına yönəldilməsi
- Keyfiyyət standartlarının və təhlükəsizlik qaydalarının planlaşdırılması və vaxtında təmin edilməsi
- İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması
- Zay məhsul buraxılışının qarşısının alınması
- Bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi
- İstehsalat kadrlarının mütəmadi olaraq müvafiq təlimlərə yönləndirilməsi və xidməti fəaliyyətinin qiymətləndirilməsi
- İstehsal fəaliyyəti üzrə hesabatların vaxtında tərtib və təqdim olunması
- İstehsalatla bağlı müəssisədaxili müəyyən olunmuş qaydada hazırlanmış müxtəlif növ aylıq hesabatların yoxlanması və təsdiqlənməsi
- Əməyin normalaşdırılmasının yaxşılaşdırılması, əmək haqqı və maddi həvəsləndirmə sistemlərindən düzgün istifadə edilməsi
- Məhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiq edilməsini, səmərələşdirici təkliflər və ixtiraların öyrənilməsi və tətbiqinin təmin edilməsi
- Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını
- İstehsalın texniki inkişafının və avadanlıqların müasirləşdirilməsinin planlaşdırılması işində, avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnmələrinin tədqiqində iştirak edib, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasının təşkil edilməsi
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət edilməsi
- İstehsalat prosesinin düzün təşkil olunmasının həyata keçirilməsi,  yeni avadanlığın və mütərəqqi texnologiyanın tətbiqinin təmin edilməsi
- Məhsulun hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatların keçirilməsi
- İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək

Namizəd barədə tələblər

Ümumi tələblər
- Təhsil - Ali (Mexanika, avtomatika və energetika mühəndisliyi)
- Yaş həddi - 25-45
- Cins - kişi
- İş təcrübəsi: 3-7 il (Asfalt, çınqıl, sement və beton istehsalı üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək)

Bilik və bacarıq
- İngilis dili biliyinin olması üstünlükdür
- MS Office proqramlarında hesabatlılıq bacarığı
- İstehsalatın təşkilini və texnologiyasını
- İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri
- Xammal və yarımfabrikatların məsrəf normalarını
- Məhsulun qiymətlərinin yaranması texnologiyasını
- Əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını

İş şərtləri

- İş qrafiki - 5 günlük
- Əmək haqqı – Yüksəkdir (Namizədə görə dəyişir)
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
- Telefon və telefon limiti şirkət tərəfindən qarşılanır

Namizədlərdən CV-ni mövzu yerində “İstehsalat rəisi” qeyd etməklə [email protected]  ünvanına göndərmələri xahiş olunur.