İnsan Resursları üzrə mütəxəssis

İşin təsviri

İnsan Resursları üzrə mütəxəssis

• Cəmiyyətdə işləyən işçilərin işdən çıxarılması, yeni işçilərin işə qəbul edilməsi, məzuniyyətlərin verilməsi, vəzifə və ya peşələrinin dəyişdirilməsi, vəzifələrin təyin olunması, mükafatlandırılması, ezamiyyət əmrlərinin verilməsi və işçilərin siğortalanması ilə bağlı siğorta işlərini rəsmiləşdirmək;
• Əmək kitabçalarını əmrlər əsasında doldurmaq və qorumaq;
• Cəmiyyətin işçilərinin şəxsi işlərini aparmaq və formalaşdırmaq;
• Cəmiyyətin işçilərinə cari və keçmiş əmək fəaliyyətləri barədə arayışlar vermək;
• Məzuniyyət qrafikini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsini əmrləşdirmək və uçotunu aparmaq;
• İşçilərin aylıq işə davamiyyət tabelini hazırlamaq və şöbə müdirinə təqdim etmək;
• Kadrlar üzrə statistik hesabatları tərtib edib şöbə müdirinə təqdim etmək (forma № 1, forma № 5);
• Ezamiyyət əmrlərini rəsmiləşdirmək və ezamiyyə vərəqələrini tərtib etmək.
• İnsan Resursları şöbəsinin müdiri tərəfindən verilən tapşırıqları icra etmək;
• Yaş həddi: 23 - 30 arası;
• 5 günlük iş rejimi – 09:00 – 17:00 – dək – İstehsalat tqəviminə əsasən rəsmi istirahət günləri – qeyri iş günləridir;
• İş təcrübəsi: 1-3 il;
• Əmək haqqı müsahibə zamanı təyin ediləcək;
• Nahar, servis cəmiyyət tərəfindən təmin edilir;
• İş yeri: Qaradağ rayonu;
• Ali təhsil mütləqdir;
• Kişi namizədlərə üstünlük veriləcək;
• Elektron ünvan: [email protected]