Sosial Media Marketinq üzrə mütəxəssis

  • Winter Park Plaza
  • Elanın qoyulma tarixi: 21.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə:  Sosial Media Marketinq üzrə mütəxəssis

Web: www.winterparkplaza.az 

ƏMƏK FUNKSIYASI

- Şirkətin sosial şəbəkələrdə  (facebook, instagram) təmsil olunması, kontentlərin yazılmasını təmin etməlidir;
- Sosial şəbəkələrdə şirkətə dair verilən şərhləri vaxtı vaxtında cavablandırmalıdır;
- Saytın peşəkar idarə olunmasını təmin etməlidir;
- Yaradıcı fikirlərə və biliyə malik olmalıdır;
- Sosial şəbəkələrdə gündəlik paylaşımların edilməsini təmin etməlidir;
- Ödənişli və ödənişsiz reklamların yerləşdirməsini bilməlidir;
- Müvafiq sahə üzrə tələb olunan proqramları və mexanizmi mükəmməl bilməlidir;
- Marketinq və reklam sahəsində biliklərə sahib olmalıdır;
- Gündəmi izləmə, analiz etmə və yüksək araşdırma qabiliyyətinə malik olmalıdır;
- Görülmüş işlər haqqında gündəlik hesabatın hazırlanmasını bacarmalıdır.

BACARIQLAR VƏ TƏCRÜBƏ

• Bakalavr təhsili.
• İnternet portallarında əməliyyat aparmaq və ya qrup/şirkət veb-saytını idarə etmək işində 2 ildən az olmayan təcrübə.
• Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi.
• Yüksək, peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
• Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməsi.
• Xanım namizəd

Təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur

Əgər bu iş Sizi maraqlandırırsa, xahiş edirik öz CV-nizi 21 Dekabr 2018-ci il tarixinə kimi [email protected] ünvanına göndərin.
Mövzu yerində “Sosial Media Marketinq üzrə mütəxəssis” yazmağı unutmayın, əks halda cv-nizə baxılmayacaq.