Satış üzrə Menecer

  • Winter Park Plaza
  • Elanın qoyulma tarixi: 19.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə:  Satış üzrə Menecer

Web: www.winterparkplaza.az

ƏMƏK FUNKSIYASI

- Yaşayış komplekslərindəki hazır və tikintisi davam edən mənzillərin ofisdaxili satışının həyata keçirilməsi;
- Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, mənzillər, onların təmiri, təhvil verilməsi, dövlət rüsumları və s. barədə dolğun məlumatların verilməsi;
- Müştərinin seçimindən asılı olaraq təmirli və ya təmirsiz mənzillərin layihələri, qiymətləri, ödəmə şərtləri (nağd və ya ipoteka) haqqında məlumatların veriməsi;
- Mənzillərin və ya mənzil nümunələrinin layihələrinə canlı baxışın keçirilıməsinin təşkil olunması;
- Mənzilin təmir növlərinin seçilməsində müştəriyə köməklik göstərilməsi;
- Alqı-satqı müqavilələrinin tərtib olunması, 1C proqramına işlənməsi;
- Satışdan sonrakı xidmətlərin həyata keçirilməsi;
- Satış hesabatları ilə əlaqədar Rəhbərliyin verdiyi tapşırıqlarının yerinə yetirilməsi.

BACARIQLAR VƏ TƏCRÜBƏ

- Satış sferasında azı 2 il iş təcrübəsinin olması (mənzil sektorunda təcrübənin olması vacibdir);
- Komandada işləmə və satış həyata keçirtmə bacarığı;
- Ali təhsil, riyazi hesablama bacarıqları və kompüterdən istifadə bacarığının olması (1C, MS Excel, MS Word);
- Azərbaycan və rus dili biliklərini əla səviyyədə bilməli;
- Təqdimat bacarığı və müştəri məmnunluğuna nail olmaq bacarığına malik olması.

Əgər bu iş Sizi maraqlandırırsa, xahiş edirik öz CV-nizi 20 Sentyabr 2018-ci il tarixinə kimi [email protected] ünvanına göndərin.
Mövzu yerində “Satış üzrə Menecer” yazmağı unutmayın, əks halda cv-nizə baxılmayacaq.