Qaynaq üzrə Usta

İşin təsviri

Vəzifənin adı: Qaynaq üzrə Usta

Vəzifə öhdəlikləri:

• Tabeçiliyində olan işçi heyəti qaynaq üzrə təlimatlandırmalı və yerinə yetirilən qaynaq işlərinə texniki nəzarət etməli;
• İşin təhlükəsiz yerinə yetirilməsini təşkil etməli;
• Tabeçiliyində olan işçi heyətinin Dövlət Texniki nəzarət qaydalarına, başqa direktiv və rəhbər göstərişlərin yerinə yetirilməsinə nəzarət etməli;
• Qaynaq işləri üzrə texniki sənədlərin hazırlanmasını təşkil etməli;
• Qaynaq avadanlıqlarının qorunmasını təşkil etməli həmçinin onların tələb olunan parametrlə işləməsinə nəzarət etməli;
• Qaynaq materiallarının düzgün saxlanmasına və istifadəsinə, həmçinin qaynaq işlərinin keyfiyyətinə nəzarət etməli;
• İşçi heyətlə istehsalat və əmək nizam-intizam qaydalarına ciddi əməl olunmasını təmin etməli;
• Qaynaq işlərinin texnologiyası üçün təkliflər hazırlamalı, həmçinin vaxt normasının texniki əsaslarını rəhbər tutmalı;
• Qaynaqçıların istehsalat və təsərrüfat fəaliyyətinin nəticələrini araşdırmalı, onları yaxşılaşdırmaq üçün tədbirlər görməli.

Təhsil/Təcrübə

• Ali texniki təhsil;
• Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli;

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 08:00 – 17:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qaynaq üzrə usta” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.