Insan Resursları üzrə Menecer – İRM

İşin təsviri

Vəzifə: Insan Resursları üzrə Menecer – İRM

- Yaş: 25-40
- İş vaxtı saat 09:00-18:00
- İş günləri həftənin 1-6-cı günləri
- Əmək haqqı 800-1200 manat (təcrübəyə görə dəyişir)

İş barədə məlumat:

- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- Kadr tələbinin planlaşdırılması;
- Vəzifə təlimatlarının hazırlanması;
- Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
- İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
- Kadr bazasının yaradılması;
- Şirkət daxili prosedurların hazırlanması;
- İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması,   elektron Hökumət Portalına daxil edilməsi, social sığorta şəhadətnamələrinin sifariş olunması;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- Sosial müavinətlərin hesablanması;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İşçilərin davamiyyət uçotunun aparılaması;
- İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;

Tələblər:

- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; 
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Menecment, psixologiya, hüquq və ya insan resursları sahəsində ali təhsil;
- Azərbaycan, rus dillərini bilməli, ingilis dili arzuolunandır.
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində azı 3 il iş təcrübəsi;
- Otel, restoran tipli xidmət sektoru müəssisələrində fəaliyyət göstərən namizədlərə üstünlük veriləcəkdir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (şəkil yerləşdirilmiş) 01 Noyabr 2018-ci il tarixinədək [email protected]  elektron poçt ünvanına mövzu hissəsində “Insan Resursları üzrə Menecer – İRM” qeyd etməklə göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız tələblərə uyğun olaraq seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkətimiz özünün insan resursları siyasətinə əsasən müraciət edən namizədlərə bərabər seçim imkanları yaradır. Belə ki, vakansiya tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, baxışlarına, sosial-iqtisadi durumuna və ailə  vəziyyətinə görə fərqləndirilmədən nəzərdən keçiriləcəkdir.

Atmospehere Lounge&Restaurant tərəfindən digər vakansiyalar