Maliyyə təhlilçisi

  • Avrora
  • Elanın qoyulma tarixi: 06.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə təhlilçisi

Vəzifə və öhdəliklər:

• Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
• Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
• Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi zamanı hesabatların hazırlanmasında menecerlərə yaxından kömək etmək
• Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili
• Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
• Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
• Şirkətin maliyyə hesabatlarının dəqiqliyinin, etibarlığının, şirkətin özünün mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması məqsədilə yerinə yetirilən işlər zamanı menecerin təlimatına  əsasən digər işlərin icrası .
• Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək.

Vakansiya ilə bağlı tələblər:

• İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil;
• Analoji sahə üzrə minimum 2 illik iş təcrübəsi;
• Yüksək riyazi və məntiqi təfəkkürə sahib olmaq;
• Analitik təhlil qabiliyyəti;
• MS Office xüsusən də Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
• Əla səviyyədə Azərbaycan və Rus dili biliyi.

Şərtlər:

• Tam iş günü;
• Sağlamlıq sığortası;
• Şirkət hesabına nahar.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə təhlilçisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi