İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərin qarşılanması, onların ehtiyaclarının öyrənilməsi və effektiv kommunikasiya qurulması;
- Sifarişlərin qəbulu, ehtiyacların düzgün təyin edilməsi və məhsulların təqdimatı;
- Sifarişin icrasında dəqiqlik və müştəri etirazlarının peşəkar şəkildə idarə edilməsi;
- Mağaza daxilində inkişafedici və dəstəkverici müzakirələrdə iştirak edərək xidmət keyfiyyətinə töhfə vermək;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər vermək;
- Satış hədəfinə çatmaq üçün stokun, satışların və sifarişlərin optimallaşdırılması prosesində aktiv iştirak etmək;
- Mağaza və anbarın təmiz və səliqəli saxlanılmasına, satışdan öncə məhsulların tam yoxlanışına (adlar, qiymətlər, məhsulun xarici görünüşü, son istifadə tarixi və s.) nəzarət etmək;
- Soyuducu və digər avadanlıqların işlək vəziyyətdə olmasına diqqət yetirmək;
- Malların vitrin və rəflərdə səliqəli düzülməsini, vitrində boşluqların olmamasını təmin etmək;
- Anbarda malların tamlığını, düzgün şəraitdə saxlanılmasını və zədələnməsinin qarşısının alınmasına nəzarət etmək;
- Satış texnikasını bilmək və şəxsi satış bacarıqlarını mütəmadi inkişaf etdirmək;
- Müştərilərin məhsullarla ətraflı tanış olmasına şərait yaratmaq və düzgün məlumat vermək;
- Şirkətə məxsus əmlakın qorunmasına diqqət yetirmək;
- Mağazada kassa əməliyyatlarını icra etmək, ödənişlərin düzgün və vaxtında qəbulunu təmin etmək, kassa hesabatlarını dəqiq şəkildə hazırlamaq;
- Günlük və aylıq satış hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim etmək.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office proqramları (yaxşı səviyyə);
- 1 C (Yaxşı səviyyə)
- Analitik düşünmə bacarığı;
- Araşdırma və sorğulama bacarığı;
- Yüksək danışıq qabiliyyəti və Kommunikasiya bacarığı;
- Mağaza idarəetmə bacarığı (Təşkilatçılıq və təşəbbüskarlıq);
- Bazar tədqiqatı və təhlili bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- İş təcrübəsi: İçki məhsulları (Şərab) satışında minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili səlis (rus və ingilis dillərini bilməsi üstünlükdür).
İş şərtlərimiz:
- İş qrafiki: Növbəli;
- İş saatı: 09:00-18:00, 16:00-01:00
- Gecə növbəsi üzrə yol xərci qarşılanır.
- İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi 46 c
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Karyera yüksəlişi imkanı
- İşdə stabillik və uzunmüddətli əməkdaşlıq
- Etibarlı və şəffaf iş mühiti;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış Məsləhətçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.