Gözətçi rəhbəri

İşin təsviri

Gözətçi rəhbəri

Gilan Kənd Təsərrüfatı Qrupu Gözətçi rəhbəri vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Mülkiyyətçinin əmlakının qorunması;
• Müəssisədə sabotaj, dələduzluq, oğurluq, talama kimi qeyri-qanuni hərəkətlərə qarşı mübarizənin aparılması, onların mənbələri və nəticələri barədə məlumatların toplanılması,
• Daxili tədqiqatların və araşdırmaların aparılması, təsdiq olunmuş faktlar barədə dərhal bölgə rəhbərinin məlumatlandırılması;
• Müəssisənin idarə etdiyi meyvə bağlarına zərər vura biləcək hallara dair araşdırmaların aparması;
• Təhlükəsizliyi ilə əlaqədar aparılmış araşdırmalar və tədqiqatlar nəticəsində təqsiri birmənalı olaraq sübut olunmuş günahkar şəxslər barəsində tədbir görülməsi üçün aidiyyəti strukturun rəhbərinə məlumat verilməsi;
• Tabeliyində çalışan əməkdaşlardan məlumatları alaraq həftəlik, aylıq hesabatların hazırlanması. 

Tələblər:

• Müvafiq sahədə ən az 1 il iş təcrübəsinin olması;
• Təhlükəsizliyə aid bilik və bacarığın olması;
• Əməkdaşlar ilə ünsiyyət qurmaq bacarığı;
• Hadisələri təhlil etmək bacarığı;
• Komanda işinin təşkili.

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:  https://hr.gilanholding.com/v/4812#