Baş Auditor

İşin təsviri

Baş Auditor

Öhdəliklər:

• Şirkətin daxili nəzarət sistemləri və prosedurlarının uyğunluğu, effektivliyi və səmərəliliyinin yoxlanılması və dəyərləndirilməsində köməkliyin göstərilməsi;
• Təyin edilmiş biznes vahidlərində daxili auditlərinin aparılması;
• Daxili auditin müvafiq səviyyəsini və uyğunluğun təmin edilməsi üçün qaydalar, prosedurlar, məhsullar və ya xidmətlərin yaradılması və ya dəyişdirilməsi üzrə məsləhətlərin verilməsi və köməkliyin göstərilməsi;
• Əsas riskli sahələrin aşkarlanması üçün tələb olunan xüsusi tədqiqatların istiqamətləndirilməsi və profilaktik nəzarətlər üzrə tövsiyələrin hazırlanması;
• Maliyyə və operativ, risk əsaslı auditlərin planlaşdırılması, əlaqələndirilməsi və yerinə yetirilməsi (filial, bölmə, müqavilə və proses ilə);
• Riski idarəetmə, riskə nəzarət və idarəetmə proseslərinin uyğunluğunun və effektivliyinin dəyərləndirilməsi;
• Audit işinin nəticələrinin daxili audiе departamentinin və Daxili Auditorlar İnstitutunun (DAİ) standartlarına əsasən sənədləşdirilməsi;
• Layihə menecerinin təhlil etməsi üçün audit hesabatlarının vaxtında hazırlanması;
• Audit hesabatlarında tövsiyə eidlən idarəetmə tədbirlərinin vaxtında tətbiqinə nəzarət etmək;
• Daxili nəzarət üzrə məsləhət vermək və daxili audit standartlarının və təcrübələrinin gücləndirilməsində iştirak etmək;
• Lazım gəldikdə kənar auditorla ilsonu maliyyə auditində iştirak etmək.

Tələblər:

• Biznes, Mühasibatlıq və ya Maliyyə, Audit ilə əlaqədar sahələr üzrə bakalavr dərəcəsi;
• Minimum 3 illik daxili və xarici audit təcrübəsi, 1 il nəzarətçi vəzifəsində; 
• Azərbaycan və ingilis dillərini sərbəst şəkildə bilmək;
• Microsoft Word, Excel, Outlook və Power Point-i bilmək;
• Mühasibatlıq və ya Daxili Audit üzrə rəsmi peşəkar attestasiya (CA, CMA, CGA, ACCA və ya CIA) üstünlükdür;
• ERP sistemini bilmək üstünlükdür (SAP, Oracle və s.)
• Risk və nəzarət anlayışlarını bilmək. Biznes proseslərinin və nəzarətin adekvatlığının və effektivliyinin dəyərləndirilməsində bu anlayışların tətbiq edilməsi;
• Problemləri təhlil etmək və müəyyənləşdirmək, fikirlər formalaşdırmaq, nəticəyə gəlmək və həllər tövsiyə etmək bacarıqları;
• Şirkətdə daxili nəzarət strategiyalarını inkişaf etdirmək üçün güclü analitik, problem həll etmə və təsiretmə bacarıqları;
• Sərbəst şəkildə işləmək bacarığı;
• Dəyişkən mühitə uyğunlaşa bilmək, gərgin şərasitdə işləmək bacarığı və rəhbərliklə səmərəli şəkildə ünsiyyət saxlamaq;
• Mükəmməl yazılı və şifahi ünsiyyət və təqdimat bacarıqları, məsuliyyətli və dəqiq;
• Ezamiyyətə gedə bilmək imkanı

Müraciət Etmək üçün aşağıdakı link-ə daxil olun
https://careers.gilanholding.com/v/5026