Proseslərin idarə edilməsi üzrə mütəxəssis

İşin təsviri

Proseslərin idarə edilməsi üzrə mütəxəssis

Gilan Kənd Təsərrüfatı Qrupu Proseslərin idarə edilməsi üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Davamlı sürətdə Cəmiyyətdə və biznes strukturlarda daxili prosesləri təhlil edir və onların daima optimallaşdırılması və səmərəliliyinin artırılması üçün tədbirlər görür;
• Struktur bölmələrinin və işçilərin iş yüklərini hesablayır, iş normalarını müəyyən edir, onları təkmilləşdirir;
• Biznes proseslərin xəritələrini hazırlayır, onları aidiyyəti işçi və onun rəhbəri ilə razılaşdırır və Cəmiyyətin Baş İnzibati Direktoru tərəfindən  təsdiq edildikdən sonra prosesə aidiyyəti olan işçiləri təlimatlandırır, prosesin yazıldığı kimi icra olunması üzərində müşahidələr və xronometrajlar aparır, sorğular keçirir;
• Ona  həvalə olunan layihələrin  idarə edilməsini həyata keçirir;
• Cəmiyyətdə və biznes strukturlarda daxili prosedura və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin strukturlarını hazırlayır (Baş İcraçı Direktorun əmr və sərəncamları istisna olmaqla), onların hazırlanmasını və təkmilləşdirilməsini əlaqələndirir;
• Cəmiyyətdə və biznes strukturlarda daxili Təlimat Kitabının tətbiqi ilə əlaqədar xronometrajlar keçirir;
• Cəmiyyətin və biznes strukturların işçi heyətinə təlimat kitabçası və layihələrin tətbiqi zamanı ortaya çıxan suallar üzrə məsləhətlər verir;
• İntranetin Təlimatlar kitabına aid modullarının yeniləşdirilməsini həyata keçirir;
• Cəmiyyətin və biznes strukturların struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi zamanı ortaya çıxan problemlərin həlli üzrə Cəmiyyətin Baş İnzibati Direktoruna təkliflər verir;
• Hər bir struktur bölməsi üzrə iş yüklərinin və normalarının hazırlanması və yeniləşdirilməsini həyata keçirir.

Tələblər:

• Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
• Proseslərin idarə olunması ilə bağlı biliklər;
• Güclü analitik və məntiqi düşüncə bacarıqları;
• Yaradıcılıq bacarıqları;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
• Dəyişikliyə açıqlıq və dəyişikliyi idarə edə bilmə bacarığı;
• MS Office proqramlarında (MS Visio, Word, Excel PPT və digər) yaxşı işləmə bacarığı.

Bu vakansiyaya müraciət etmək üçün aşağıdakı linkə daxil olun: https://hr.gilanholding.com/v/4858#