Recall üzrə inzibatçı

  • Group Motors
  • Elanın qoyulma tarixi: 30.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Recall üzrə inzibatçı” vəzifəsinə işçi qəbulu elan edir.
 
Vəzifə öhdəliklər:

• İstehsalçılardan daxil olunan sənədlərin qəbul edilməsi və qeydə alınması;
• Müştərilər üçün məlumat məktublarının tərtib edilməsi, müştərilərə zəng edilməsi və mesaj göndərilməsi;
• Avtomobil üçün ehtiyac olan detalların sifarişi;
• Əvəz edilən detalların qeydiyyata salınması;
• Təmir olunmaya nəzarət;
• Geri çağrılmış kompaniyaların ümumi hesabının aparılması;
• Təchizatçılarnan əlaqə saxlamaq;
• Müştərilərin şikayətlərinin hazırlanması;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
 
Namizədlərə tələblər:
 
• Yaş: 22-30;
• Ali təhsil; 
• Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan, rus və texniki ingilis dillərini bilməli;
• Problemi düzgün başa düşmək üçün avtomobil texnikasından anlayışı olmalı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.
 
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Recall üzrə inzibatçı" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.