Maliyyə menecerinin köməkçisi

  • Zeta Group
  • Elanın qoyulma tarixi: 28.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə menecerinin köməkçisi
 
Vəzifə öhdəlikləri
 
1. Müəssisənin maliyyə strateji planın həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak etmək;
2. Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsində iştirak etmək;
3. Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsində iştirak etmək;
4. Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələşdirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsində iştirak etmək;
5. Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirləri görmək;
6. Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlamaq (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.) 7. Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil etmək;
8. Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulmasını təmin etmək;
9. Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunmasına nəzarət etmək;
10.  Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin etmək ;
11. Müəssisə və maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsi;
12. Tədarükçülərin və podradçıların hesablarının ödənilməsininin təmin edilməsi ;
13. Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi ;
14. Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılması ;
15. Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin etmək.
 
Tələblər
 
• Maliyyə sahəsində  ali təhsil;
• Dil biliyi; Azərbaycan və Rus dili əla səviyyədə;
• Müvafiq təcrübə (minimum üç illik);
• Büdcələşma və planlama üzrə biliklər;
• Beynəlxalq Maliyyə Hesabatlılğı Standartları (İFRS),  ACCA , CIMA  CFA üzrə biliklər; 
 
İş şəraiti

1. İş qrafiki: həftənin 5 günü
2. İş saatları  09.00-18.00 dək.
3. Ezamiyyətlərə açıq olmaq.

E - mail : [email protected]

İşəgötürənin reytinqi