İnsan resursları üzrə Menecer (Göranboy)

İşin təsviri

İnsan resursları üzrə Menecer (Göranboy)

Öhdəliklər:

• Əmək qanunvericiliyinə uyğun olaraq əmək münasibətlərini idarə etmək;
• Ümumi büdcəyə uyğun olaraq İnsan Resursları büdcəsini hazırlamaq və ümumi nəzarət etmək;
• Perfomansın İdarə edilməsi sistemini tətbiq etmək,prosesin gedişatına nəzarət etmək;
• Müəssisənin strateji hədəflərinə əsasən İnsan Resursları sahəsində təlim və inkişaf proqramlarını tətbiq etmək və prosesin gedişatına nəzarət etmək;
• Yeni işçilər üçün adaptasiya proqramını həyata keçirmək və onun effektivliyinin ölçülməsi prosesinə nəzarət etmək;
• İşçilərin loyallığını və işçi  məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularını həyata keçirmək və ümumi prosesin gedişatına nəzarət etmək;
• İşə qəbul sisteminin qurulmasına nəzarət etmək;
• İşçi sayını təsdiqlənmiş büdcəyə əsasən planlaşdırmaq.

Namizəddə tələblər:

• Müvafiq sahəsində 3 ildən artıq iş təcrübəsi;
• Yüksək səviyyədə rus dili, orta səviyyədə ingilis dili biliyi;
• Planlaşdırma və təşkilatçılıq bacarığı;
• Mükəmməl nitq bacarığı;
• Güclü qərar vermə qabiliyyəti;
• Analitik düşünmə və kreativlik.

Vakansiyaya aşağıdakı link vasitəsilə müraciət edə bilərsiniz: https://hr.gilanholding.com/v/4746?lang=az