Korporativ hüquq şöbəsinin müdiri

İşin təsviri

Vəzifənin adı Korporativ hüquq şöbəsinin müdiri

Vəzifə öhdəlikləri:

• Korporativ hüquq şöbəsinin işinin təşkili və nəzarətin təmin edilməsi;
• Şöbəyə daxil olan işçilərin iş bölgüsünün təşkili;
• Korporativ idarəetmə və korporativ katiblik istiqamətlərində hüquqi dəstəyin təmin edilməsi;
• Hüquqi rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak;
• Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
• Müəssisənin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
• Müəssisənin fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək;
• Müəssisənin fəaliyyəti ilə bağlı müqavilələrin ekspertizasını keçirmək və müqavilələrin mütəmadi təkmilləşməsini təmin etmək;

Təhsil/Təcrübə:

• Ali hüquqi təhsil (LLM dərəcəsi arzuolunandır);
• Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi (İstehsalat sahəsi üzrə təcrübə arzuolunandır);
• Azərbaycan Respublikasının qanunvericiliyinin əsaslarını dərindən bilməli;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Azərbaycan dilini sərbəst, İngilis və Rus dillərini əla səviyyədə bilməli;
• Beynəlxalq müqavilələrin tərtib edilməsi prinsiplərini bilməli;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlıq, dəqilik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmalı;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
• Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
• Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
• Komanda tərkibində işləmək bacarığı;

Əlavə məlumatlar:

• Maaş razılaşma əsasında;
• 5 günlük iş həftəsi;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected]

İşəgötürənin reytinqi