Sales accountant

İşin təsviri

Bizim üçün ideal namizəd :

- Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
- Mühasibatlıq sahəsində 3/5 illik iş təcrübəsi olan;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Logo və ya digər mühasibat proqramları bilikləri olmalı;
- Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli, İngilis dil biliyi arzuolunandır.
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;

Hansı işləri görəcəksiniz :

- İlkin satış sənədlərinin, müqavilələrin hazırlanması;
- İxracat və idxalat sahələrində təcrübəli olan, sənədləşmələri (ST1, CMR, İnvoice, Packing list və s.) bilməli;
- Satışa aid bütün sənədləşmə işlərinin yerinə yetirilməsi;
- Satışa aid hesabatların müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin etməli;
- Şirkətin istehsal etdiyi məhsulların satışının təşkili;
- Dövrü hesabatların hazırlanması və təhlili;
- Yeni müştərilərlə müqavilələrin bağlanılması;

Nə əldə edəcəksiniz ?

- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sales accountant” yazaraq 30.07.2021 il tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi