Satış meneceri

İşin təsviri

Özünə və peşəkarlığına güvənən, satış sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ideal namizəd :

- Mühəndislik, İqtisadiyyat, Biznesin idarə olunması sahəsində ali təhsilli;
- Satış sahəsində ən azı 5/10 illik iş təcrübəsi olan;
- Yerli və xarici bazara satış etmiş və ixrac prosesini bilən;

O cümlədən :

- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı;
- CRM bilikləri;
- Azərbaycan, rus və ya ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

Hansı işləri görəcəksiniz :

- Məhsulun daxili və xarici bazara satışı;
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək;
- Bazarın araşdırılmasını, mövcud rəqabət mühitini analiz etmək;
- Müştəri bazasının formalaşdırılması;
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması.

Nə əldə edəcəksiniz ?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

İşəgötürənin reytinqi