Korporativ Satış üzrə Menecer

İşin təsviri

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

Bizim üçün ideal namizəd:

• Qafqazın ən böyük Sənaye müəssisəsinin gənc və dinamik komandasında iş təcrübəsi
• Satış sisteminin təkmilləşdirilməsində konsultantların dəstəyi ilə yaxından iştirak və liderlik
• Adekvat əmək haqqı və satış hədəflərinin icrasına uyğun bonus sistemi
• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
• Davamlı karyera inkişafı
• Qanunvericiliyə uyğun sənədləşdirmə
• Müştərilərlə görüş üçün avtomobil, benzin, telefon, nömrə o cümlədən, şirkət tərəfindən nahar və nəqliyyatla təmin edilmə

• Ali təhsil
• Satış sahəsində ən az 3 il iş təcrübəsi olan
• 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
• İşgüzar danışıqlar aparmaq və yüksək yazılı və şifahi ünsiyyət keyfiyyətlərinə malik olmaq
• Məhsullarımızın satış potensialı olan müştəriləri yaxşı tanımaq
• Kompüter və MS Office proqram bilikləri
• Azərbaycan və rus dillərində sərbəst danışmaq, ingilis dilini bilmək üstünlükdür
• CRM bilikləri

Görəcəyiniz işlər:

• Müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
• Şirkətin istehsal etdiyi məhsulların satışının təşkili
• Müştərilər və məhsulların çeşidləri üzrə satış hədəflərini maksimum həyata keçirmək
• Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
• Bazarın araşdırılmasını, mövcud rəqabət mühitini analiz etmək
• Müştəri bazasının formalaşdırılması
• Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması
• İşgüzar və korporativ danışıqların aparılması
• Yeni müştərilərlə müqavilələrin bağlanılması

Əgər bizim axtardığımız ideal Korporativ Satış Meneceri Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Korporativ Satış Meneceri")

İşəgötürənin reytinqi