Satış Şöbəsinə menecer

İşin təsviri

Bizim üçün ideal namizəd 

- Ali təhsilli;
- Satış sahəsində ən az 3 il iş təcrübəsi olan;
- İşgüzar danışıqlar aparmaq və yüksək yazılı və şifahi ünsiyyət keyfiyyətlərinə malik olmaq;
- Məhsullarımızın satış potensialı olan müştəriləri yaxşı tanıtmaq;
- Kompüter və MS Office proqram bilikləri;
- Azərbaycan və ingilis dillərində sərbəst danışmaq, rus dilini bilmək üstünlükdür.
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- İxracat və idxalat sahələrində təcrübəli olan, sənədləşmələri (Mənşə sertfikatı, ST1, CMR, İnvoice, Packing list və s.) bilən namizədlərin müraciətləri dəyərləndiriləcək.

Hansı işləri görəcəksiniz :

- Müəssisənin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
- Müəssisənin uğurlu imicinin yaradılması;
- Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, müəssisənin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
- Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili;
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
- Dövrü hesabatların hazırlanması və təhlili;
- Şirkətin istehsal etdiyi məhsulların satışının təşkili;
- Bazarın araşdırılmasını, mövcud rəqabət mühitini analiz etmək
- Müştəri bazasının formalaşdırılması;
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Yeni müştərilərlə müqavilələrin bağlanılması;
- Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz ?

- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış meneceri” yazaraq 24.06.2021 il tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi