Baş mühəndis-konstruktor

İşin təsviri

Vəzifənin adı: Baş mühəndis-konstruktor

Vəzifə öhdəlikləri:

• Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır;
• İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəkilə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin edir;
• Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edir;
• Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
• İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
• Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir;
• Təcrübə üçün hazırlanmış nümunənin quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin  sənaye nümunələrinin hazırlanması, ixtiralar üçün sifariş tərtib edilməsi, eləcə də konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında, standart layihələrin işlənib hazırlanmasında iştirak edir;
• Tikinti işlərinə müəllif nəzarətinin həyata keçirilməsə nəzarət edir;
• Konstruktiv işçi layihəni sifarişə əsasən və AR-da qüvvədə olan İnşaat Norma və Qaydalarına riayyət etməklə aparar. Gigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması.

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Müvafiq sahədə ən az 10 illik təcrübə;
• Azərbaycan, ingilis və rus dillərində səlis danışa bilməli;
• Məsuliyyətli, dəqiq və etibarlı olmalı;
• Manevrlərin keçirilməsi qaydalarının, hərəkət heyətlərinin təşkil edilməsini yolların profilini, planını və xüsusiyyətlərini bilməlidir;
• Tekla, Solidworks, Autocad və MS Office proqramlarında sərbəst işləməli;
• Layihələşdirmənin metodlarını bilməlidir;
• Layihə işlərinin təşkili və planlaşdırılmasını bilməlidir;
• İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri bilməlidir;
• Dəmir - beton, metal konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]

İşəgötürənin reytinqi