Laborant - mikrobioloq / Göygöl şəhəri

İşin təsviri

Vəzifə: “Göygöl Şərab Zavodu” ASC üçün Laborant - mikrobioloq

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi – Cümə

Yüksək əmək haqqı.

İş yeri: Göygöl şəhəri,

İş barədə məlumat:

• İstehsal olunan məhsulların qida təhlükəsizliyi üzrə laborator-mikrobioloji analizlərini aparmaq;
• Mikrobioloji təhlillərin nəticələrini rəhbərliyə təqdim etmək, uyğunsuzluq  olduğu təqdirdə istehsalı dayandırmaq;
• İstifadəsində olan cihaz və avadanlıqların nizamlanması və mütamadi olaraq qulluğunu təmin etmək;
• İstehsalatın sanitar - gigiyena şəraitinə nəzarət etmək;
•  Məhsulların keyfiyyət dərəcələrini izləmək;
• Laboratoriyada təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək;

Namizədə dair tələblər:

• Kimya, biologiya, tibbi kimya, tibbi biologiya (mikrobioloq) sahəsində ali təhsil;
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
• MS Office proqramları ilə işləmək bacarığı olanlara və xarici dil bilənlərə üstünlük veriləcəkdir;
• İşgüzarlıq, məsuliyyət, ünsiyyətcillik.
• Yaş həddi: 35 yaşa qədər;

QEYD:

Tələblərə uyğun olmayan və vakansiyanın adı qeyd olunmayan  CV lərə baxılmayacaq. CV-lər azərbaycan dilində doldurulmaqla [email protected] e - mail ünvanına göndərilməlidir.

Əlaqə nömrəsi: 012 404 43 39